Tailandda partlayış baş verdi

Tailandda partlayış baş verdi
30.07.2025 12:34 Dünya

Tailandın cənubundakı Narathivat əyalətində baş verən bomba partlayışı nəticəsində 6 polis əməkdaşı və bir yerli sakin yaralanıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "The Bangkok Post" qəzeti məlumat yayıb.

Partlayış Sunqay Padi ərazisində baş verib. Hadisədən sonra polis ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib və nəzarət-buraxılış məntəqələri qurub.

Hakimiyyət baş verən hücumda bölgədə uzun illərdir fəaliyyət göstərən separatçıları günahlandırır. Bu silahlı qruplar Narathivat, Pattani və Yala əyalətlərində müstəqil sultanlıq yaratmağa çalışırlar və onların fəaliyyəti 70 ildən çoxdur davam edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər