Suriyadan türkmanlara zərbə - dillərini qadağan etdi

Suriyadan türkmanlara zərbə - dillərini qadağan etdi
09.09.2026 11:52 Dünya

Suriyada 2026–2027-ci tədris ili üçün tətbiq olunan tədris proqramında türk dilinin seçməli dil kateqoriyasından çıxarılaraq yerinə fransız dilinin əlavə edilməsi narazılığa səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Türkiyə Qəzeti" məlumat yayıb.

Suriya Milli Təhsil Nazirliyi qərarı yeni tədris proqramının vaxtında hazır olmaması ilə izah edib. Nazirlik bildirib ki, bu səbəbdən Əsəd dövründə tətbiq olunan tədris proqramından istifadə edilir.

Qərardan sonra Suriya Türkman Məclisi, türkmən deputatlar və qeyri-hökumət təşkilatları problemin həlli üçün Təhsil Nazirliyi və Prezident Administrasiyası səviyyəsində müraciətlərə başlayıb. Türkiyənin Dəməşqdəki səfirliyinin də məsələ ilə bağlı Suriya rəsmiləri ilə görüşlər keçirdiyi bildirilir.

Qeyd edək ki, 2017-ci ildən etibarən Zeytun Budağı, Fərat Qalxanı və Barış Pınarı bölgələrində tətbiq olunan təhsil modelində türk dili tədris olunub. Türk tərəfinin məlumatına əsasən, ötən illərdə 5 555 türk dili müəllimi tərəfindən təxminən 390 min suriyalı şagirdə təhsil verilib.

Suriya Türkman Məclisinin Hələb üzrə məsul şəxsi Hüseyn İsa türk dilinin proqramdan çıxarılmasının yalnız türkmənlərə deyil, Türkiyədə təhsil alaraq Suriyaya qayıdan yüz minlərlə uşağa təsir edə biləcəyini bildirib.

Türkmanlər və Türkiyədən Suriyaya qayıdan ailələr türk dilinin də kürd dili kimi seçməli dil statusu almasını istəyirlər. Onların fikrincə, ərəb dilinin dövlət dili kimi saxlanılması ilə yanaşı, ölkənin etnik və mədəni müxtəlifliyi nəzərə alınaraq türk dilinə də tədris proqramında yer verilməlidir.

Məsələnin Suriya Prezidenti Əhməd Şara səviyyəsində müzakirə edildiyi və yaxın zamanda həll olunacağı gözləntisi də ifadə olunur.

Jalə Rövşən   

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər