Suriya qüvvələri kürd ərazilərində irəlilədi
Dünya
19.01.2026 01:57
Suriya ordusu şimal-şərqdə strateji bəndləri, "Ömər" neft yatağını və "Konoko" qaz yatağını ələ keçirib, Tabqa şəhəri və ətraf kəndlər nəzarət altındadır.
TodayPress TV "Reuters" ə istinadən xəbər verir ki, şimal-şərqdə ordu Suriyanın ən böyük neft yatağı olan Ömər və Fərat çayındakı ölkənin ən böyük bəndini ələ keçirib.
Suriya qüvvələri həmçinin Deyr Zordakı "Konoko" qaz yatağını və Rakka yaxınlığındakı strateji əhəmiyyətli Tabqa şəhərini də nəzarətə götürüb. "Reuters" agentliyinin məlumatına görə, ələ keçirilən yataqlar kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDF) əsas gəlir mənbəyidir.
Əl-Cəzirə mənbəyi Suriya hökuməti ilə müttəfiq olan Suriya qəbilə qüvvələrinin Haseke əyalətinin cənub kəndlərindəki 13 kənd və qəsəbəni nəzarətə götürdüyünü bildirib. Kanalın mənbələri iddia edir ki, Suriya ordusunun sürətli irəliləməsi səbəbindən Raqqadan olan bir neçə SDF üzvü düşmən tərəfinə keçir.
2025-ci ilin dekabr ayının sonlarında kürd qüvvələri ilə Suriya ordusu arasında toqquşmalar yenidən başladı. 10 yanvar tarixinə qədər hökumət qüvvələri Şeyx Məqsud və Əşrəfiyyə rayonlarını nəzarətə götürmüşdü. Bu gün Suriya ordusu ölkənin şimal-şərqindəki əsasən ərəbdilli ərazilərə doğru irəliləyib və bu ərazilər SDF tərəfindən idarə olunur. Ölkənin əsas neft və taxıl istehsal edən bölgəsi olan Deyr əz-Zor əyalətinin əksər hissəsi hazırda hökumətin nəzarəti altındadır.
Jalə Rövşən
tag: Suriya,Tabqa şəhəri ,"Ömər" neft yatağı,"Konoko" qaz yatağı,Todaypress.tv,
