Suriya ordusu Tabqa aviabazasını terrorçulardan azad etdi

Suriya ordusu Tabqa aviabazasını terrorçulardan azad etdi
17.01.2026 21:15 Dünya

Suriya ordusu Tabqa hava bazasını SDF/YPG terrorçu qruplaşmasından azad edərək əraziyə nəzarəti ələ keçirib. Ordu tərəfindən azad edilən ərazilərin sakinləri terrorçuların simvollarını məhv ediblər.

TodayPress TV bu barədə Suriya mediasına istinadən xəbər verir.

Məlumata görə, Suriya keçid hökuməti kürd koalisiyası olan Suriya Demokratik Qüvvələrindən (SDQ) döyüşçülərini Fəratın qərb sahilindəki mövqelərindən tamamilə geri çəkmələrini tələb edib. Bu barədə Suriya ordusunun əməliyyat komandanlığının bəyanatında bildirilib.

Ordu rəhbərliyi qeyd edib ki, razılaşmalara riayət etmək gərginliyə son qoymağın yeganə yoludur.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər