Suriya daha bir siyahıdan çıxarıldı

Suriya daha bir siyahıdan çıxarıldı
09.09.2026 18:30 Dünya

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Direktorlar Şurası Suriyanı Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyən ölkələr siyahısından çıxarıb.

TodayPress TV xəbər verir ki, MAQATE-nin baş direktoru Rafael Qrossi qərarı “tarixi irəliləyiş” adlandırıb.

Agentlik həmçinin 2007-ci ildə məhv edilən Suriyadakı obyektin tikilməkdə olan nüvə reaktoru olduğunu təsdiqləyib. Bildirilib ki, həmin reaktor üçün yanacaq Suriyanın özündə istehsal olunurdu.

MAQATE-nin məlumatına görə, Suriyanın nüvə fəaliyyəti ilə bağlı uzun illər davam edən araşdırma və yoxlamalar nəticəsində məsələyə aydınlıq gətirilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər