Süni intellekt insanı üstələməsin deyə hərəkətə keçdilər - QADAĞA PLANI

Süni intellekt insanı üstələməsin deyə hərəkətə keçdilər - QADAĞA PLANI
08.09.2026 22:08 Dünya

ABŞ və Böyük Britaniyada qanunvericilər superintellektual süni intellektin hazırlanmasının qadağan edilməsini nəzərdə tutan qanun layihələrini irəli sürürlər.

TodayPress TV xəbər verir ki, layihələr çərçivəsində, həmçinin belə texnologiyanın dünyada yaradılmasının qarşısını almaq məqsədilə beynəlxalq razılaşmaların əldə olunması təklif edilir.

Bu təşəbbüs getdikcə daha çox müstəqil fəaliyyət göstərən süni intellekt agentləri ilə bağlı insidentlərdən sonra gündəmə gəlib. Xüsusilə “Hugging Face” platformasının sındırılması kimi hadisələr daha güclü süni intellekt sistemlərinin insan nəzarətindən kənar hərəkət edə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Qanun layihələrinin qəbul ediləcəyi ehtimalı hazırda yüksək qiymətləndirilmir. Bununla belə, təşəbbüs tərəfdarları hesab edirlər ki, bu addımlar qabaqcıl süni intellekt texnologiyalarına dövlət nəzarətinin sərtləşdirilməsinin başlanğıcı ola bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər