Sükut bitdi! - SEPAH ABŞ bazasına raket yağdırdı

Sükut bitdi! - SEPAH ABŞ bazasına raket yağdırdı
29.07.2026 09:05 Dünya

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ hərbi bazası istiqamətində bir neçə ballistik raket buraxıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Məlumata görə, hücum tərəflər arasında bir neçə gün davam edən qeyri-rəsmi atəşkəsdən sonra baş verib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) raket buraxılışını təsdiqləyərək bunu Yaxın Şərqdəki Amerika qüvvələrinə qarşı gözlənilməz hücum cəhdi kimi qiymətləndirib. )

Bildirilib ki, buraxılan bütün ballistik raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla məhv edilib və hücum nəticəsində ABŞ qüvvələri arasında itki qeydə alınmayıb. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər