Sudanda 23 nəfər mədəndə zəhərləndi

Sudanda 23 nəfər mədəndə zəhərləndi
21.10.2025 05:32 Dünya

Sudanda baş verən kütləvi zəhərlənmədə 23 nəfər ölüb, 145 nəfər isə xəstəxanaya çatdırılıb.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, zəhərlənməyə sianid tərkibli tullantılar və ya xlor maddəsi səbəb olub.

Hadisədən sonra şəhərə giriş və çıxış məhdudlaşdırılıb, zərərçəkənlər təcili tibbi yardıma cəlb ediliblər.

Hazırda hakimiyyət orqanları və səhiyyə qurumları hadisənin səbəblərini araşdırır, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər