Stubb: "Müttəfiqlər problemləri təzyiq yox, dialoqla həll etməlidir"
Dünya
18.01.2026 17:51
Finlandiya Prezidenti Aleksandr Stubb müttəfiqlər arasında yaranan problemlərin təzyiq yolu ilə deyil, müzakirə və dialoq vasitəsilə həll olunmalı olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, o, bu fikirləri "X" sosial media hesabında paylaşıb.
Stubb qeyd edib ki, Arktika bölgəsində təhlükəsizliyin gücləndirilməsi Finlandiya və onun müttəfiqləri üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Avropa ölkələri bu məsələdə Danimarka və Qrenlandiyanı dəstəkləyir.
Finlandiya Prezidenti ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyinə də münasibət bildirib. Xatırladaq ki, Donald Tramp yanvarın 17-də ABŞ-nin Qrenlandiyanı ilhaq etməsi ilə bağlı Danimarkanı dəstəkləyən Avropa ölkələrinə 10 faiz tarif tətbiq ediləcəyini açıqlayıb. O, bu tariflərin iyun ayında 25 faizə qədər artırılacağını və ABŞ Qrenlandiyanı almaqla bağlı razılaşma əldə edənədək qüvvədə qalacağını vurğulayıb.
Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının tərkib hissəsidir. Donald Tramp daha əvvəl də ABŞ-nin milli təhlükəsizliyi baxımından adanın onun nəzarətinə keçməsinin vacib olduğunu dəfələrlə bəyan edib.
Türkan İsgəndərli
tag: Fİnlandiya,Stubb,Qrenlandiya,ABŞ,Todaypress.tv,
