Stubb: “Avropa Rusiya ilə qaydalar arasında seçim etməlidir”

Stubb: “Avropa Rusiya ilə qaydalar arasında seçim etməlidir”
31.07.2025 15:54 Dünya

Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, Avropa ölkələri Rusiya ilə münasibətlər və “ümumi qaydalar” arasında seçim qarşısındadır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

“Avropa mühüm qərar qarşısındadır. Mən sizi gücdən istifadə ilə ümumi qayda və prinsiplər arasında seçim etməyə çağırıram", – deyə Stubb konkret ölkələrin adını çəkmədən vurğulayıb.

Prezident əlavə edib ki, Avropanın Rusiya ilə əlaqələri bərpa etməsi üçün əsas şərtlərdən biri Ukraynada “ədalətli və davamlı sülh”ün təmin olunmasıdır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər