Starmer Kiprdəki bazanı qorumaq üçün helikopterlər göndərdi

Starmer Kiprdəki bazanı qorumaq üçün helikopterlər göndərdi
03.03.2026 21:10 Dünya

Birləşmiş Krallıq Kiprdəki dronların hücumuna məruz qalan “Akrotiri” hərbi bazasında təhlükəsizliyi gücləndirmək üçün helikopterlər və “HMS Dragon” esminesi göndərir. 

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib. 

“Böyük Britaniya Kiprin və orada yerləşən Britaniya qüvvələrinin təhlükəsizliyinə tam sadiqdir. Müdafiə əməliyyatlarımızı davam etdiririk. Mən indi Kipr Prezidenti ilə danışıb ona dronları vura bilən helikopterlər yerləşdirdiyimizi bildirdim. “HMS Dragon” bölgəyə yerləşdiriləcək. Biz həmişə Böyük Britaniyanın və müttəfiqlərimizin maraqları naminə hərəkət edəcəyik”, - deyə Baş nazir qeyd edib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər