Şoyqudan Ermənistana sərt mesaj: “Suverenliyinizi Rusiya qorudu”

Dünya

20.05.2026 20:15

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Ermənistan 1990-cı illərdə öz suverenliyini məhz Rusiyanın dəstəyi sayəsində qoruyub saxlaya bilib.

TodayPress TV xəbər verir ki, Şoyqunun sözlərinə görə, Rusiya hazırda da Ermənistana təbii qaz və benzini bazar qiymətlərindən təxminən üç dəfə ucuz satır.

O qeyd edib ki, son dövrlərdə Ermənistan rəhbərliyi Moskva ilə müttəfiqlik münasibətlərinin ruhuna uyğun olmayan addımlar atır. Bildirilib ki, İrəvan beynəlxalq platformalarda mütəmadi olaraq Avropa İttifaqının mövqeyinə qoşulur.

Şoyqu əlavə edib ki, Ermənistanın 2025-2026-cı illərdə strateji tərəfdaşları arasında Rusiyaya qarşı dost olmayan bir sıra dövlətlər yer alıb. Onun sözlərinə görə, həmin ölkələrlə bağlanan sazişlər təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini də nəzərdə tutur və artıq birgə hərbi təlimlər keçirilir.

TodayPress TV

tag: Ermənistan,Rusiya,Dünya,Siyasət,Todaypress.tv,