Slovakiya Ukraynaya hərbi yardım etməyəcək
Slovakiya Ukraynaya humanitar yardım çatdırmağa davam edəcək, lakin hərbi xərcləri öz büdcəsindən qarşılamayacaq.
TodayPress TV xəbər verir ki, bunu Baş nazir Robert Fitso bu barədə özünün “Facebook” səhifəsində yerləşdirdiyi videomüraciətdə bildirib.
"Avropa İttifaqı və onun üzvü olan ölkələr Ukraynaya 177 milyard avro ayırıb. Slovakiya da yardım göstərir, ancaq humanitar əsaslarla".
Fitsonun fikrincə, Slovakiyanın Ukraynanın hərbi xərclərini maliyyə baxımından qarşılamayacağı prinsipinə əməl edilməlidir.
Nicat Osman