Slovakiya Aİ-ni məhkəməyə verəcək
Dünya
17.04.2026 20:40
Slovakiya yaxın günlərdə Avropa İttifaqının (Aİ) Rusiya qazının idxalına qoyduğu qadağa qərarına etiraz edən iddia qaldıracaq və məhkəmənin ilkin qərar çıxarmasını tələb edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fitso bəyanat verib.
Bildirilib ki, iddia Aİ Məhkəməsinə təqdim olunacaq.
"Slovakiya hökumətinin fikrincə, bu, Aİ müqavilələrinin əsaslandığı bütün prinsiplərin açıq-aşkar pozulmasıdır", - deyə Fitso sözügedən reqlamentin qəbulu prosedurunu tənqid edərək bildirib.
Slovakiya Baş naziri əlavə edib ki, sanksiyalar və xarici siyasət məsələləri ilə bağlı qərarlar yekdilliklə qəbul edilməlidir. Onun sözlərinə görə, hökumət öz iddiasını aprelin 27-nə qədər təqdim edəcək.
Xatırladaq ki, Macarıstan artıq bu qadağaya qarşı iddia qaldırıb, Slovakiya isə eyni addımı atacağını öncədən bəyan etmişdi.
Aysel Mətləb
tag: Slovakiya,Avropa,İttifaqı,Rusiya,TodayPress TV,
