Simonyan seçkilərdə namizədliyini açıqladı
Ermənistan parlamentinin sədri Alen Simonyan ("Vətəndaş Müqaviləsi" Partiyası) qarşıdan gələn parlament seçkilərində iştirak edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, o 2026-cı il parlament seçkilərində partiyanın proporsional siyahısına daxil olmaq üçün namizədliyini açıqlayıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il parlament seçkilərində iştirak etmək niyyətini açıqlamışdı.