İsveçrə diplomatının həyat yoldaşında Ebola aşkarlandı

İsveçrə diplomatının həyat yoldaşında Ebola aşkarlandı
25.10.2026 05:20 Dünya

İsveçrənin Xarici İşlər Nazirliyi Nigeriyada Ebola virusuna yoluxduğu təsdiqlənən qadının İsveçrə diplomatının həyat yoldaşı olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Nigeriyanın paytaxtı Abucada yaşayan 42 yaşlı Uqanda vətəndaşının oktyabrın 20-də verdiyi testin nəticəsi müsbət olub. Qadında Ebola virusunun Bundibuqyo ştammı aşkarlanıb. Hazırda o, özünütəcrid rejimindədir.

Bildirilir ki, əvvəlcə malyariyaya yoluxma ehtimalı nəzərdən keçirilən qadın bir neçə tibb müəssisəsinə müraciət edib. Ebola virusuna görə test isə simptomların yaranmasından 13 gün sonra, oktyabrın 19-da aparılıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər