Moskva və Vaşinqton arasında təmaslar davam edir - Peskov açıqladı

Moskva və Vaşinqton arasında təmaslar davam edir - Peskov açıqladı
25.10.2026 01:57 Dünya

Rusiya və ABŞ işçi səviyyəsində təmasları davam etdirir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "RİA"ya açıqlamasında bildirib.

Xatırladaq ki, Ağ Ev ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukraynanın Oleşki şəhərinə humanitar yardımın çatdırılması və sakinlərin təxliyəsi üçün atəşkəs rejiminin tətbiqi barədə razılığa gəldiyini elan edib.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov “sükut rejimi”nin oktyabrın 27-dən qüvvəyə minəcəyini bildirib. Kiyev də razılaşmanın əldə olunduğunu təsdiqləyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər