“Artıq Avropaya inanmırlar” - Merts
Almaniya və Avropa ölkələri ciddi çağırışlarla üz-üzədir.
TodayPress TV xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Bavariyada Xristian-Sosial İttifaqının qurultayında çıxışı zamanı bildirib.
“Gəlin, hər şeyi öz adı ilə çağıraq. Bir çox insan artıq bu Avropa siyasətinə və Avropa İttifaqına etibar etmir”, – deyə o vurğulayıb.
Kanslerin sözlərinə görə, insanların etimadını geri qaytarmaq lazımdır. Bunun üçün problemləri uzun-uzadı təsvir etmək əvəzinə, onların həllinə diqqət yetirilməlidir.
Aysel Mətləb