Kim Çen In dünyaya meydan oxuyur: Şimali Koreyanın yeni hədəfi nədir?

Kim Çen In dünyaya meydan oxuyur: Şimali Koreyanın yeni hədəfi nədir?
25.10.2026 02:50 Dünya

Şimali Koreya lideri Kim Çen In dünyanın ən güclü silahlı qüvvələrinin yaradılmasını ölkənin prioritet vəzifələrindən biri adlandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Agentliyin məlumatına görə, oktyabrın 22-23-də Pxenyanda Koreya Xalq Ordusunun rota komandirlərinin üçüncü toplantısı keçirilib. Bu, fevral ayından bəri bütün ordu miqyasında təşkil olunan ilk belə tədbir olub.

Şimali Koreya liderinin rəhbərliyi ilə keçirilən toplantıda rotaların gücləndirilməsi yolu ilə güclü ordu quruculuğunda əldə olunan nailiyyətlər və təcrübə, eləcə də onların elit döyüş bölmələrinə çevrilməsi üçün atılmalı addımlar müzakirə edilib.

KCNA-nın məlumatında Kim Çen Inın tədbirdəki çıxışı zamanı alqışlarla qarşılandığı bildirilib. Agentlik onu “məğlubedilməz və sarsılmaz komandan” kimi təqdim edərək, hərbi quruculuq sahəsindəki ideyalarını və liderlik keyfiyyətlərini tərifləyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
25 OKTYABR 2026
Bütün Xəbərlər