Şimali Karolinada atışma: İki nəfər öldü, yeddi nəfər ağır yaralandı
ABŞ-nin Şimali Karolina ştatında keçirilən əyləncə tədbiri zamanı baş verən kütləvi atışma iki nəfərin ölümü ilə nəticələnib.
TodayPress TV-nin məlumatına görə, insident zamanı yeddi nəfər ağır yaralanıb, ümumilikdə isə 13 nəfər güllə yarası alıb.
Hadisə Robson əyalətinin Makston şəhəri yaxınlığında baş verib. Əyalət şerifinin açıqlamasına əsasən, hüquq-mühafizə orqanları hadisə yerinə çatana qədər 150-dən çox insan panika içində ərazidən qaçıb.
Hazırda atəşi açan şəxslər müəyyən olunmayıb, polis insidentlə bağlı istintaqa başlayıb.
Hadisə ABŞ-də son aylarda artan silahlı zorakılıq hallarının daha bir nümunəsi kimi qiymətləndirilir.
Aynur TAC