Sİ Cinpin gələn həftə Qazaxıstana səfər edəcək
Çin Xalq Respublikasının sədri Si Cinpin gələn həftə Qazaxıstana işgüzar səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, Çin lideri Astanada 16-17 iyun tarixlərində olacaq. O, Qazaxıstan prezidentinin dəvəti ilə ölkəyə səfər edir.
Səfər çərçivəsində iki ölkə arasında ən yüksək səviyyədə ikitərəfli görüş keçiriləcək. Görüşdə Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi müzakirə olunacaq.
Qeyd edək ki, 17 iyun tarixində Astanada “Mərkəzi Asiya – Çin” sammiti də baş tutacaq. Sammitdə region ölkələrinin liderləri də iştirak edəcək.
Qiymət Mahir