Si Cinpin ABŞ-yə Tayvana silah satışı ilə bağlı xəbərdarlıq etdi
Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Vaşinqtonu Tayvana silah satışı barədə ehtiyatlı olmağa çağırıb.
TodayPress TV xəbər verir ki, Si Cinpinin sözlərini Çin Mərkəzi Televiziyası sitat gətirib:
"Tayvan Çinin ərazisidir. Pekin öz milli suverenliyini və ərazi bütövlüyünü qoruyacaq və Tayvanın Çindən ayrılmasına heç vaxt imkan verməyəcək".
Qeyd edək ki, liderlər arasında telefon danışığı fevralın 4-də baş tutub.
Aysel Mətləb