Sevastopolda kran aşdı- İki nəfər öldü
Sevastopolda üzən kranın aşması nəticəsində iki nəfər ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
"Bu gün Yujnaya buxtasında Sevastopol Dəniz Zavodunda üzən kranın üzərində iş aparılarkən fövqəladə hal baş verib, nəticədə gəmi aşıb", - məlumatda bildirilib.
İnsident nəticəsində 20-dən çox insanın yaralandığı da qeyd olunub.