Səudiyyənin muzdlu qoşunları Yəmən əsgərləri qarşısında qaçmağa başladılar - Bab-Əl-Məndəb yolu açıldı

Səudiyyənin muzdlu qoşunları Yəmən əsgərləri qarşısında qaçmağa başladılar  - Bab-Əl-Məndəb yolu açıldı
10.09.2026 12:09 Dünya

Yəməndə tarixi dönüş nöqtəsi yaşanır. 

TodayPress TV xəbər verir ki, insayderlərin məlumatına görə, Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin Səna hökumətini devirmək və Bab-əl-Məndəb boğazını ABŞ və İsrailə təhvil vermək planı uğursuzluğa düçar olub.

Məlumata görə, qüvvələr Ənsarullahın “İldırım Qüvvələri”nin müqaviməti ilə üzləşərək ciddi itkilər verib.

Bildirilir ki, Səna hökumətinin Qırmızı dənizə dəhliz açmasına cəmi bir neçə saat qalıb.

Ekspertlər, həmçinin bildirirlər ki, iki həftə əvvəl İrandan Yəmənə 75 yüksək rütbəli hərbi ekspert gəlib. 

Jalə Rövşən 


XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər