Səudiyyənin “göydən” 48 ədəd sifarişinə ABŞ-dən “OKEY” VERİLDİ
ABŞ Səudiyyə Ərəbistanına ilk F-35 qırıcılarının satışını təsdiqləyib.
TodayPress TV xəbər verir ki, ABŞ Səudiyyə Ərəbistanına 24,3 milyard dollaradək dəyəri olan razılaşma çərçivəsində 48 ədəd F-35 qırıcısı satacaq.
Bu, Səudiyyə Ərəbistanının F-35 təyyarələri üzrə ilk sifarişidir.
ABŞ Dövlət Departamenti sövdələşmə barədə Konqresi məlumatlandırıb. Bildirilib ki, razılaşma NATO üzvü olmayan, lakin ABŞ-nin əsas müttəfiqlərindən biri hesab edilən ölkənin təhlükəsizliyinin gücləndirilməsi baxımından zəruridir.
Kübra Musayeva