Tehrandan Zəngəzurla bağlı şərt: Bakıdan bunu gözləyir
İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin qurulması ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, diplomat Ermənistanın Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunmasına məsuliyyətlə hazır olduğunu və bununla sülh prosesinə töhfə verdiyini bildirib.
Şirqolaminin sözlərinə görə, Azərbaycan da Naxçıvan üzərindən Ermənistan-İran dəmir yolu əlaqəsinin qurulmasına şərait yaratmalıdır.
Kübra Musayeva