Sanksiyalar “Mahan Air”in marşrutlarını vurdu - Gürcüstandan sonra daha iki ölkə
Türkiyə və Oman hakimiyyət orqanlarının ABŞ-nin yeni sanksiyalarını tətbiq etməsindən sonra İranın "Mahan Air" aviaşirkəti Türkiyəyə (İstanbul, Ankara) və Omana (Maskat) reysləri dayandırıb.
TodayPress TV xəbər verir ki, Türkiyəyə uçuşlar sentyabrın 21-də dayandırılır, Maskat reysləri isə artıq bu gün - 17 sentyabr ləğv edilib.
Qeyd edək ki, Gürcüstan da eyni addımı atır.
Xatırladaq ki, "Mahan Air" İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) iddia edilən dəstəyinə görə 2011-ci ildən sanksiyalar altındadır. Digər İran aviaşirkətləri isə hələ də bu marşrutlar üzrə uçuşlarını davam etdirirlər.
Aysel Mətləb