Tramp İranla bağlı ciddi qərar verəcək: “Məhv edim, yoxsa…?”

Tramp İranla bağlı ciddi qərar verəcək: “Məhv edim, yoxsa…?”
17.09.2026 21:24 Dünya

ABŞ Prezidenti Donald Tramp İranla bağlı mühüm qərar verməyə hazırlaşdığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, Tramp “Axios”a açıqlamasında İranla bağlı genişmiqyaslı hərbi əməliyyatları bərpa edib-etməmək və ya münaqişəyə son qoymaq üçün başqa yol seçmək barədə qərar verməli olduğunu bildirib.

“Qarşıda mühüm qərar verməliyəm. Müdaxilə edib onları məhv etmək istəyirəm, yoxsa yox? Bu, mühüm qərardır”, – Tramp deyib.

ABŞ Prezidenti həmçinin BMT Baş Assambleyası çərçivəsində Körfəz ölkələrinin altı lideri ilə keçirəcəyi görüşdə İranla bağlı növbəti addımları müzakirə etməyi planlaşdırdığını bildirib.

Tramp Körfəz ölkələrinin mövqeyini öyrənmək istədiyini və ABŞ-nin onları uzun müddət “çox güclü şəkildə müdafiə etdiyini” qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər