“Ölməyə gəlirsinizsə, ölkənizdə ölün!” - Əcnəbilərə XƏBƏRDARLIQ
Taylandın Baş naziri və daxili işlər naziri Anutin Çanvirakun ölkə qanunlarını pozan əcnəbilərə müraciət edərək onları Taylanda “ölməyə gəlməməyə” çağırıb.
TodayPress TV xəbər verir ki, Baş nazirin açıqlamalarını “The Nation” qəzeti yayıb.
Baş nazir bildirib ki, ölkədə dini mərasimlərin keçirilməsi üçün özbaşına məkan yaratmaq yolverilməzdir və bu cür təşəbbüslər Tayland cəmiyyətinin və mədəniyyətinin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.
Onun sözlərinə görə, hökumətə ölkədə özəl qəbiristanlıq tikilməsi ilə bağlı müraciət daxil olub. Çanvirakun belə bir təşəbbüsün qəbuledilməz olduğunu bildirib.
“Buraya gəlməyinizə icazə verdiyimiz üçün minnətdar olmalısınız. Dolanışığınızı dürüst şəkildə qazanmaq üçün gəlin. Əgər öləcəksinizsə, gedib öz ölkənizdə ölün. Burada ölməyinizə ehtiyac yoxdur və bizdən istifadə etməyə çalışmayın”, – deyə baş nazir bildirib.
Çanvirakun həmçinin restoran açmaq üçün icazə alıb, lakin həmin məkandan dini mərasimlərin keçirilməsi üçün istifadə etməyin yolverilməz olduğunu vurğulayıb.
Kübra Musayeva