“Sonumuz Ukrayna kimi olacaqdı” - Lukaşenko Rusiyadan ayrılmaq qorxusunu dilə gətirdi

“Sonumuz Ukrayna kimi olacaqdı” - Lukaşenko Rusiyadan ayrılmaq qorxusunu dilə gətirdi
17.09.2026 21:48 Dünya

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, bu gün Ukraynada baş verən hadisələr 2020-ci ildə Belarusun Rusiyadan uzaqlaşdırılması mümkün olsaydı, Belarusda da baş verə bilərdi.

TodayPress TV xəbər verir ki, Lukaşenkonun sözlərinə görə, həmin dövrdə ölkəni Rusiyadan ayırmaq cəhdləri uğurlu olsaydı, Belarus da Ukraynadakı vəziyyətə bənzər ssenari ilə üzləşə bilərdi.

“Bu gün Ukraynada baş verən hadisələr 2020-ci ildə Belarus Respublikasını Rusiyadan qoparmaq mümkün olsaydı, Belarusda da cərəyan edə bilərdi”, - Lukaşenko deyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər