İran Hörmüzlə bağlı SON SÖZÜNÜ dedi: “Bu tarixədək…”
İranın Ali lideri Müctəba Xameneinin müşaviri Məhəmməd Baqer Zülqədər Hörmüz boğazının nə vaxta qədər gəmiçilik üçün bağlı qalacağını açıqlayıb.
TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.
O bildirib ki, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyətdə olduğu müddətdə boğaz gəmiçilik üçün açılmayacaq.
Zülqədər açıqlamasında İran qüvvələrinin Tramp və Netanyahunun hakimiyyətdən getməsinə qədər Hörmüz boğazını açmayacağını deyib.
Xameneinin müşaviri boğazın bağlanmasını “İran xalqının qisasının ilk mərhələsi” adlandırıb.
Kübra Musayeva