Qalibaf dünya nizamında “köhnə versiyanın” silindiyini elan etdi

Qalibaf dünya nizamında “köhnə versiyanın” silindiyini elan etdi
17.09.2026 23:35 Dünya

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf birqütblü dünya nizamının başa çatdığını bildirib.

TodayPress TV xəbər verir ki, Qalibafın sözlərinə görə, tərəflərdən birinin güc və təzyiq yolu ilə digərindən güzəştlər əldə etdiyi birqütblü nizam artıq sona çatıb.

O qeyd edib ki, Çin və Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı veto hüququndan istifadə etməsi Şuranın siyasi məqsədlərlə sui-istifadə edilməsinin qarşısını alıb və hüququn aliliyini bir daha təsdiqləyib.

Qalibaf çoxtərəfliliyin müdafiə edilməsinin vacibliyini vurğulayıb və birtərəfli yanaşmanın heç kimin maraqlarına xidmət etmədiyini bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər