“Dünən” hakimiyyətə gətirmişdi, “bu gün” üzr istəyir - Sonrakı peşmanlıq…
Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel keçmiş rəhbəri barədə sərt açıqlamalar verib.
TodayPress TV xəbər verir ki, Mendel müsahibəsində Zelenskinin hakimiyyətə gəlməsinə kömək etdiyi üçün hər gün Tanrıdan bağışlanma istədiyini bildirib.
O, keçmiş rəhbərini təhqiramiz ifadə ilə adlandıraraq, onun hakimiyyətə gəlməsində rol oynadığına görə peşman olduğunu söyləyib.
Mendel həmçinin Zelenskinin “tamamilə rusdilli” olduğunu iddia edib. Onun sözlərinə görə, Zelenski böyük həcmli məlumatları ukrayna dilində çətinliklə qəbul edir.
Keçmiş mətbuat katibi həmçinin bildirib ki, Zelenskinin telefon kitabçasının təxminən yarısında Rusiya vətəndaşlarının nömrələri var və onun şəxsi söhbətlərində ukrayna dilindən istifadə etmədiyini iddia edib.
Qeyd edək ki, bunlar Mendelin müsahibə zamanı səsləndirdiyi şəxsi iddialardır.
Kübra Musayeva