Berlinin aldığı raketlər Kiyevə gedir
ABŞ Ukraynaya "Patriot" HHM kompleksləri üçün əlavə ələkeçirici raketlər partiyasını təhvil verməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
Söhbət Almaniyanın daha əvvəl aldığı, dəyəri 29,6 milyon dollar olan 10 ədəd "MIM-104E GEM-T" raketindən gedir.
"Bu ötürülmə ABŞ-nin təhlükəsizlik sahəsində yardım göstərmək məqsədlərinə uyğundur. Birləşmiş Ştatlar hökuməti siyasi, hərbi və iqtisadi amilləri, həmçinin insan hüquqları və silahlara nəzarət məsələlərini nəzərə alaraq bu icazəni verməyə hazırdır", - deyə sənəddə bildirilir.
Əldə olunmuş razılaşmalara əsasən, Amerika silahlarının üçüncü ölkələr tərəfindən başqasına verilməsi Vaşinqtonun mütləq razılığını tələb edir.
ABŞ administrasiyası ələkeçirici raketlərin Kiyevə göndərilməsi üçün Berlinə müvafiq icazəni verməyə hazır olduğunu bildirib:
"Ukrayna hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün bu sistemləri əldə etməyə çalışır, onun sərəncamında artıq eyni tipli sursatlar var".
Aysel Mətləb