ABŞ ordusu bu ölkəyə girəcək
ABŞ Prezidenti Donald Tramp Polşada ABŞ ordusuna məxsus hərbi bazanın yaradılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edildiyini açıqlayıb.
TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.
Tramp bildirib ki, Polşa Prezidenti Karol Navrotskinin rəhbərliyi ilə bazanın yaradılması istiqamətində ciddi irəliləyiş var.
ABŞ liderinin sözlərinə görə, layihənin reallaşması halında hərbi bazanın yerləşəcəyi ərazi yaxın zamanda açıqlanacaq.
Tramp bunu ABŞ və Polşa arasında müttəfiqliyin tarixində mühüm addım kimi qiymətləndirib.
Kübra Musayeva