İsveçdə partlayış ölümlə nəticələndi
İsveçdəki poliqonda baş verən partlayış nəticəsində hərbçilər də daxil olmaqla yeddi nəfər xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Sveriges Radio" məlumat yayıb.
Məlumata görə, partlayış Karlsborq şəhəri yaxınlığındakı hərbi poliqonda baş verib.
Xəsarət alan yeddi nəfərdən beşi reanimasiya şöbəsindədir.
İsveç Silahlı Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, zərərçəkənlər arasında hərbi qulluqçular da var. Polis partlayışın səbəblərini araşdırır.
Aysel Mətləb