Ukraynada vəziyyət Putinin hesabladığı kimi getmir? - Meloni İZAH ETDİ
Moskva diqqəti Ukrayna cəbhəsindəki vəziyyətdən yayındırmaq və Avropa ilə gərginliyi artırmaq üçün təxribatları gücləndirir.
TodayPress TV xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corcia Meloni bildirib.
"Hesab edirəm ki, Moskvanın bu təxribatları ona görə artır ki, Putinin Avropa ilə münasibətlərdə gərginlik yaradaraq diqqəti başqa tərəfə yönəltməyə ehtiyacı var", - deyə baş nazir vurğulayıb.
Meloninin sözlərinə görə, Ukraynada döyüş meydanındakı vəziyyət Rusiya Prezidentinin "hesabladığı, bəyan etdiyi və öz xalqına vəd etdiyi" kimi inkişaf etmir.
"Biz bu təxribatlara cavab verməməliyik. Onlara cavab vermək Avropadan çox, Moskvanın xeyrinə olardı", - deyə o qeyd edib.
Aysel Mətləb