Netanyahu “cərrahlıq” edir: “Şişi çıxardıq, amma…”
İsrailin Baş naziri Benyamin Netanyahu İran rejiminin devrilməsinin əsas hədəf olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Netanyahu İranla bağlı açıqlamasında ölkəsinin təhlükəsizliyinə yönələn təhdidlərdən danışıb.
“Biz şişi aradan qaldırdıq və yaşayırıq. Bu, artıq digər şişlərlə mübarizə aparmalı olmayacağımız anlamına gəlmir”, – Netanyahu deyib.
O bildirib ki, ilk növbədə İran rejimi devrilməlidir və bunu özünün missiyası, İsrailin isə əsas vəzifəsi hesab edir.
Netanyahunun sözlərinə görə, İsrail İrana vaxtında zərbə endirməsəydi, bu gün dövlətin mövcudluğu təhlükə altında ola bilərdi.
“Əgər İrana vaxtında zərbə endirməsəydik, bu gün burada görüşə bilməzdik, çünki İsrail dövləti bəlkə də artıq mövcud olmazdı”, – Netanyahu qeyd edib.
Kübra Musayeva