Savaşın ortasında ABŞ Pezeşkiana viza verdi

Savaşın ortasında ABŞ Pezeşkiana viza verdi
18.09.2026 00:27 Dünya

ABŞ İran Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və digər iranlı rəsmilərə BMT Baş Assambleyasının gələn həftə Nyu-Yorkda keçiriləcək iclaslarında iştirak etmək üçün viza verib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.

Qeyd olunub ki, İran nümayəndə heyətinin ABŞ ərazisində hərəkəti müəyyən məhdudiyyətlərlə həyata keçiriləcək. Həmçinin iranlı rəsmilərə bəzi dəbdəbəli məhsulların alınması ilə bağlı məhdudiyyətlər tətbiq olunacaq.

Bu qərar ABŞ və İran arasında altı aydır davam edən müharibə fonunda qəbul edilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər