Putinin ölkəsində seçki başladı: İlk səslər verilir

Putinin ölkəsində seçki başladı: İlk səslər verilir
18.09.2026 01:27 Dünya

Rusiyada Dövlət Dumasına seçkilər başlayıb. Səsvermə 18-20 sentyabr tarixlərində üç gün davam edəcək. İlk seçki məntəqələri Kamçatka diyarı və Çukotka Muxtar Dairəsində yerli vaxtla saat 08:00-da açılıb.

TodayPress TV xəbər verir ki, bəzi ucqar və əlçatmaz ərazilərdə, eləcə də hərbçilər üçün əvvəlcədən səsvermə avqustun sonlarından keçirilib.

Seçkilərdə Rusiya Dövlət Dumasının 9-cu çağırışının 450 deputatı seçiləcək. Onlardan 225-i birmandatlı seçki dairələri, digər 225-i isə federal partiya siyahısı üzrə müəyyənləşəcək.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Dövlət Dumasına seçkilərdə 10 siyasi partiya federal siyahılarla iştirak edir.

Bundan əlavə, seçkilərin Rusiyanın nəzarətində olan Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin ərazilərində də keçirilməsi nəzərdə tutulub.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər