2030-a qədər hamı hərbi xidmətə çağırılacaq
Litvada ölkənin 2030-cu ilə qədər ümumi hərbi çağırış sisteminə keçirilməsi planlaşdırılır.
TodayPress TV xəbər verir ki, LRT-nin məlumatına görə, bu mövqe prezident sarayında 63 təşkilatın imzaladığı xartiyada öz əksini tapıb. Sənəddə ümumi müdafiə sisteminin dəstəklənməsi, cəmiyyətin mümkün böhranlara hazırlanması və 2030-cu ilə qədər ümumi hərbi xidmətə çağırışın tətbiqi nəzərdə tutulur.
Xartiyanı imzalayan təşkilatlar ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və cəmiyyətin böhran vəziyyətlərinə hazırlığının artırılmasını dəstəkləyiblər.
Kübra Musayeva