Səudiyyə Ərəbistanında attraksion qəzası: 23 nəfər xəsarət alıb

Səudiyyə Ərəbistanında attraksion qəzası: 23 nəfər xəsarət alıb
31.07.2025 13:23 Dünya

Səudiyyə Ərəbistanının Taif şəhərində yerləşən əyləncə parkında attraksionun nasazlığı nəticəsində 23 nəfər xəsarət alıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Sabq.org" məlumat yayıb.

Hadisə zamanı bir qrup qız ziyarətçi “sarkaç” tipli attraksiona minib. Attraksion havaya qalxdıqdan sonra qəfil nasazlıq baş verib və qurğu qəza vəziyyətinə düşüb. 

Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb. Onlardan üç nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir və hazırda reanimasiya şöbəsində müalicə alırlar.

Hadisənin dəqiq səbəbi hələ açıqlanmayıb. Səlahiyyətli orqanlar baş verənlərlə bağlı araşdırmalara başlayıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər