Səudiyyə çökməkdə: 12 cəbhədən 10-da ordusu əsir düşdü
Səudiyyə Ərəbistanının husilərə qarşı mübarizədə vəziyyəti getdikcə çətinləşir.
TodayPress TV xəbər verir ki, yerli mənbələrin məlumatına görə, İranın dəstəklədiyi husilər Yəməndə sürətlə irəliləyir və 12 cəbhədən 10-da üstünlük əldə ediblər.
Səudiyyə Ərəbistanının dəstəklədiyi yüzlərlə qüvvənin isə Qırmızı dəniz sahilində yerləşən strateji Mokha bölgəsində təslim olduğu bildirilir.
Məlumata görə, strateji əhəmiyyət daşıyan Mokha artıq husilərin nəzarətinə keçib.
İnsayderlər bildirir ki, Səudiyyə Ərəbistanının husilərə qarşı mübarizədə Türkiyə və Pakistana güvənməsi də ölkə üçün ciddi maliyyə yükü yaradır.
Bu vəziyyətdə Səudiyyə Ərəbistanının təhlükəsizliyini təmin edə biləcək əsas gücün ABŞ olduğu iddia edilir.
Analitiklər, qarşıdakı günlərin həm Səudiyyənin dəstəklədiyi qüvvələr, həm də Ər-Riyad üçün daha çətin keçəcəyini deyirlər.
Jalə Rövşən