Sərhəddə kritik saatlar: NATO qırıcıları dərhal havaya qaldırıldı
Dünya
21.05.2026 15:28
Latviya Milli Silahlı Qüvvələri (NBS) ölkənin hava məkanında Rusiyanın hücum və ya Ukraynanın zərbə PUA-ları olduğu ehtimal edilən ən azı bir pilotsuz uçuş aparatının (PUA) aşkarlandığını və hava təhlükəsinin mövcud olduğunu rəsmən elan edib.
TodayPress TV xəbər verir ki, bu, artıq ardıcıl üçüncü gündür ki, regionda bənzər insidentlər qeydə alınır.
Hərbi rəsmilərin məlumatına görə, Rusiya və Belarusla həmsərhəd olan Ludzensk, Kraslavsk, Rezeknensk və Auqşdauqavsk diyarlarında dərhal hava təhlükəsi xəbərdarlığı yayılıb. Yerli sakinlərin mobil telefonlarına təcili xəbərdarlıq ismarışları göndərilib və onlara dərhal sığınacaqlara və ya "iki divar" qaydasına uyğun təhlükəsiz otaqlara keçmək tövsiyə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində sözügedən sərhəd bölgələrində qatarların hərəkəti də tamamilə dayandırılıb. NATO-ya məxsus patrul qırıcıları dərhal havaya qaldırılıb.
tag: Latviya,Ukrayna,Rusiya,PUA,Todaypress.tv,
