Azərbaycan U-18 millisi təlim-məşq toplanışı keçirəcək
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası seleksiya məqsədilə sentyabrın 21-dən 23-dək Bayıl Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, toplanış çərçivəsində gənc futbolçuların hazırlıq səviyyəsi və potensialı dəyərləndiriləcək.