Rusiya və Çin ABŞ-nin planına veto qoydu
Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında (TŞ) veto hüququndan istifadə edərək İran üzrə 1737 saylı Komitənin ekspertlər qrupunun mandatının bir il müddətinə – 2027-ci ilin sentyabrına qədər uzadılması haqqında layihəni bloklayıblar .
TodayPress TV xəbər verir ki, bu barədə "TASS"ın müxbiri məlumat verib.
Təhlükəsizlik Şurasının 15 üzvündən 11 ölkə qətnamə layihəsinin lehinə səs verib, Somali və Pakistan isə bitərəf qalıb.
Qeyd edək ki, sənəd ABŞ tərəfindən hazırlanmışdı.
Aysel Mətləb