Pentaqon SOS verir - Təhlükə artdı
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) kompüter sistemləri süni intellekt dövründə haker hücumları qarşısında daha həssas vəziyyətə düşüb.
TodayPress TV xəbər verir ki, “The Washington Post”un məlumatına görə, Pentaqonun sistemlərində aşkarlanan təhlükəli boşluqların sayı təxminən 10 dəfə artıb. Süni intellekt texnologiyaları köhnəlmiş şəbəkələrdəki zəif nöqtələri daha sürətlə müəyyənləşdirməyə və onlardan daha mürəkkəb kiberhücumlar zamanı istifadə etməyə imkan verir.
Pentaqonda da kompüter sistemlərinin modernləşdirilməsinin uzun müddət təxirə salındığı etiraf edilib. Bildirilib ki, bu vəziyyət ABŞ-nin milli təhlükəsizliyi üçün əlavə risklər yaradır.
Kübra Musayeva