“US Open” çempionuna bəd xəbər: Taunsend xəstəxanaya yerləşdirildi
Dünyanın 98-ci raketkası, amerikalı tennisçi Teylor Taunsend Meksikanın Qvadalaxara şəhərində keçirilən “WTA-500” turnirindən çəkildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, ikinci dövrədə ukraynalı Marta Kostyuk ilə qarşılaşmalı idi.
“Hər kəsə salam! “US Open”də cütlüklərdə ilk dəfə “Böyük Dəbilqə”ni tamamladıqdan sonra Qvadalaxarada azarkeşlər qarşısında oynamağı həyəcanla gözləyirdim. Lakin təcili əməliyyat olunduğum üçün turnirdən çəkilmək məcburiyyətində qaldım və bu, mənim qəlbimi qırır.
Buna baxmayaraq, gələn il yenidən bura qayıtmağı və dünyanın ən yaxşı tennis azarkeşləri ilə görüşməyi səbirsizliklə gözləyirəm”, – deyə Taunsend bəyanatında bildirib.
Namiq HUN