Milli komandada viza problemi: Planlar alt-üst oldu

Milli komandada viza problemi: Planlar alt-üst oldu
17.09.2026 17:40 İdman

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası sentyabrın sonunda təlim-məşq toplanışı keçirəcək.

TodayPress TV “fanat.az”a istinadən xəbər verir ki, əvvəlcə Qəbələdə hazırlıq keçməsi nəzərdə tutulan U-19 millisinin daha sonra Sloveniyaya yollanması planlaşdırılsa da, xaricdəki toplanış təxirə salınıb. Buna kollektiv üzvlərinə viza alınmasının mümkün olmaması səbəb olub.

Qeyd edək ki, “Şəfa”nı Premyer Liqaya çıxaran Elgiz Kərəmli ötən ay Elxan Abdullayevi əvəzləyərək U-19 millisinin baş məşqçisi postuna təyin edilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər