Hakimə qarşı hörmətsizlik baha başa gəldi: AFFA-dan ağır cəza!
AFFA İntizam Komitəsi Gənclər Liqasında mübarizə aparan “Sumqayıt”ın futbolçusu Nihat Ağalı ilə bağlı qərar çıxarıb.
TodayPress TV xəbər verir ki, yeniyetmə futbolçu “Araz-Naxçıvan”la matçda hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
İntizam Komitəsinin qərarına əsasən, N.Ağalı təhqiramiz davranışına görə 5 oyunluq diskvalifikasiya olunub.
Namiq HUN